Gəncədə məktəb bufetindən alınan şirniyyatdan ehtimal edilən zəhərlənmə ilə bağlı xəstəxanaya yerləşdirilən şagirdlərin sayı artıb.
Gencexeber.az məlumat verir ki, Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin daha iki şagird Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib.
Bunlar 2012-ci il təvəllüdlü Zəhra Bəhrəm qızı Əsədullayeva və 2015-ci il təvəllüdlü Nurgün Samir qızı Rzayevadır.
Qeyd edək ki, daha əvvəl 5 şagird xəstəxanaya yerləşdirilmişdir. Onlar 2017-ci il təvəllüdlü S.Abbasova, R.Tağıyeva, R.Kazımova, D.Əliyeva və N.Quliyevadır.
Beləliklə, hadisə ilə bağlı xəstəxanaya yerləşdirilən şagirdlərin sayı 7 nəfərə çatıb.
Qeyd edək ki, məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Gəncə Şəhər Prokurorluğu və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırmalar aparılır.