top
Ömrünü Gəncə teatrına həsr edən rejissorun vəfatından 31 il ötür
15 avqust 2026, 14:22
- ↺ +

Ömrünü Gəncə teatrına həsr edən rejissorun vəfatından 31 il ötür

Bu gün Azərbaycan teatr və kino rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi Yusif Məmməd oğlu Bağırovun vəfatından 31 il ötür.

Gencexeber.az məlumat verir ki, Yusif Bağırov 20 yanvar 1924-cü ildə Bakıda anadan olub. 1941-ci ildə Bakı Teatr Texnikumuna daxil olsa da, təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanıb. Müharibədən qayıtdıqdan sonra təhsilini davam etdirib və 1947-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirib. Daha sonra Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb və 1952-ci ildə məzun olub.

Peşəkar fəaliyyətinin böyük hissəsi Gəncə Dövlət Dram Teatrı ilə bağlı olan rejissor 1952–1956-cı illərdə teatrda quruluşçu rejissor, 1966-cı ildən ömrünün sonunadək isə baş rejissor vəzifəsində çalışıb.

Yusif Bağırov 1956–1966-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında da fəaliyyət göstərib. "Koroğlu", "Kölgələr sürünür", "Əhməd haradadır?" və digər filmlərin ikinci rejissoru olub. O, həmçinin karyerası ərzində 100-dən artıq bədii filmin Azərbaycan dilinə dublyajında iştirak edib.

Rejissor 1959-cu ildə Şəmsi Bədəlbəyli ilə birlikdə Fikrət Əmirovun "Gözün aydın" əsərini Azərbaycan Dövlət Musiqili Komediya Teatrında səhnələşdirib. 1961–1963-cü illərdə isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyor sənətindən dərs deyib.

Yusif Bağırov Gəncə Dövlət Dram Teatrında 33 illik fəaliyyəti ərzində yüzlərlə tamaşaya quruluş verib. Onun hazırladığı əsərlər uzun illər teatrın repertuarının əsasını təşkil edib.

Sənətə xidmətlərinə görə 1982-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

Yusif Bağırov 15 avqust 1995-ci ildə Gəncədə vəfat edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
Dünən, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
Dünən, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
Dünən, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
Dünən, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
Dünən, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
Dünən, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
Dünən, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
Dünən, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə məktəblilər üçün təhlükə: piyada keçidi…

Bütün xəbərlər
Dünən, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
30 sentyabr 2026, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
30 sentyabr 2026, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
30 sentyabr 2026, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
30 sentyabr 2026, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
30 sentyabr 2026, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
30 sentyabr 2026, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
30 sentyabr 2026, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
30 sentyabr 2026, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
30 sentyabr 2026, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
30 sentyabr 2026, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
29 sentyabr 2026, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Oxşar xəbərlər