Ağstafada məktəbdə pedaqoqlar arasında mübahisə zamanı qadın müəllimənin döyüldüyü iddia olunur.
Gencexeber.az-a danışan 45 yaşlı zərərçəkmiş, ibtidai sinif müəlliməsi Pərvanə Məmmədova hadisənin Ağstafa şəhərində yerləşən Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə baş verdiyini bildirib.
Onun sözlərinə görə, təhsil ocağının digər pedaqoqu Sevinc Əhmədova ilə dərs bölgüsü ilə bağlı mübahisə yaranıb. Müəllimə iddia edir ki, mübahisə zamanı həmkarı ona fiziki xəsarət yetirib və mobil telefonunu başına vuraraq sındırıb: "Telefonumu başımda qırdı".
Qeyd edək ki, hadisə ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.