Gəncədə Bayraq Meydanında gənc qızlarla qaraçı qadın arasında insident baş verib.
Gencexeber.az-ın xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, qaraçı meydanda gənc qızlardan pul istəyib. İddia olunur ki, qızlar pul verməkdən imtina etdikdə qadın onlara qarşı təhqiramiz ifadələr işlədib.
Bildirilir ki, mübahisə daha sonra fiziki qarşıdurmaya çevrilib. Qadın qızlardan birinin qolunu cırmaqlayıb, digərinə isə yumruqla zərbə endirib.