Yeni Gəncə massivindəki binaların həyəti baxımsız vəziyyətdədir.
Gencexeber.az-a daxil olan şikayətlərə görə, Gəncə şəhərinin Həmidə Məmmədquluzadə küçəsində yerləşən 16, 17 və 18-ci binaların həyətində nə uşaqların rahat oynaması, nə də böyüklərin dincəlməsi mümkündür.
Ərazidə yerləşən stadion da yararsız vəziyyətdədir. Bundan əlavə, skamyaların bir çoxu sınıb və istifadəyə yararsız hala düşüb.
Sakinlər ərazinin abadlaşdırılmasını, stadionun təmir edilməsini və yeni skamyaların quraşdırılmasını aidiyyəti qurumlardan xahiş edirlər.