Gəncədə həvəskarlar arasında MMA və Grappling turniri təşkil olunub.
Gencexeber.az məlumat verir ki, yarış "AZEProFC" liqasının və Azərbaycan MMA, Pankration və Grappling Federasiyasının (AZEMMAG) razılığı, həmçinin Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilib.
Turnirdə Gəncə ilə yanaşı, Ağdam, Bərdə, Yevlax, İmişli, Zaqatala, Şəki, Şəmkir, Göygöl, Ağcabədi, Qazax və digər şəhər və rayonlardan 150-yə yaxın idmançı iştirak edib.