top
Gəncənin Şatırçılar məhəlləsi: XIX əsrdə içməli su satanların küçəsi
Foto
16 avqust 2026, 13:00
- ↺ +

Gəncənin Şatırçılar məhəlləsi: XIX əsrdə içməli su satanların küçəsi

Şatırçılar və ya Fəttahlılar məhəlləsi Gəncənin "Dördyol" məhəlləsinin qərb hissəsində, indiki Nağı bəy Şeyxzamanlı küçəsində yerləşir.

Gencexeber.az məlumat verir ki, Şatır oğuz türklərində tayfa adıdır. Həmçinin ehtimal edilir ki, məhəllənin adı orta əsrlərə aid idman növlərindən biri olan "şatırçılıq" ilə bağlıdır. Şatırçılıq qaçış növü olub.

Səfəvilər dövründə varlı süvari şəxsləri müşayiət edənlər şatır adı ilə tanınıblar. O zamanlar "şatır"lıq xüsusi bir mədəniyyət sahəsi olub və bir peşə kimi nəsildən-nəslə, atadan-oğula keçib. Bu peşəni idarə edən xüsusi təşkilat mövcud idi və onun başçısı "şatırbaşı" adlanıb.

Şatırların təliminə 6-7 yaşlarından başlanılırdı. İlk dəfə yerimə qaydaları, birinci ildən sürətlə qaçmaq və ilin sonuna qədər 4 km məsafəni birnəfəsə qaçmaq öyrədilirdi. Şatırlıq təliminə başlayan gənc 18 yaşına qədər hər il əvvəlki ilə nisbətən qaçış sürətini artırırdı. Şatırlığa tamamilə yiyələndikdən sonra idmançı şatırlıq adını almaq üçün xüsusi yoxlamalardan keçməli olurdu. Şatırların xüsusi geyimləri olurdu.

XIX əsrin ortalarında idmançı-şatırlar öz funksiyalarını itirdilər. Bundan sonra Gəncədə içməli su satanlara "şatır"lar deyilməyə başlandı. Onlar kəhrizlərdən və arxlardan tuluqlara su doldurub: "Ay ürəyi yanan, sərin su", - deyə car çəkərdilər. Beləliklə, şatırlar insanların çox olduğu meydanlarda, bazarlarda içməli su satırdılar. Şatırların evləri bazara yaxın olduğu üçün bu küçəyə "Şatırçılar" məhəlləsi deyilirdi.

I Şah Abbas Səfəvinin dövründə Dördyol məhəlləsinə Şatır arxı çəkilib. XIX əsrin sonlarında məhəllədə xeyirxah ağsaqqal Hacı Fəttah baba yaşayırdı. Onun şərəfinə isə yerli əhali həmin məhəlləyə "Fəttahlılar" deməyə başladı.

Məhəllədə həmçinin Hacı Ələsgərlilər, Hacı Qədimlilər, Şeyxzamanlılar və Həsən Fəttah oğlunun törəmələri indi də yaşayırlar. Bu məhəllədə Şatır arxından əlavə, Hacı Qədimlilərin kəhrizi də var idi. Bu gün Şatır arxı və kəhriz məhəllə sakinlərinin həyətyanı sahələrinin içindədir.

Şatırçılar məhəlləsində Azərbaycan Xalq Cümhuriyyəti qurulmasında fəal iştirak edən Məhəmməd Bağır və Nağı bəy Şeyxzamanlı qardaşlarının, əmisi oğulları Cabbar bəy Şeyxzamanlının evi yerləşirdi.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
Dünən, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
Dünən, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
Dünən, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
Dünən, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
Dünən, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
Dünən, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
Dünən, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
Dünən, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə məktəblilər üçün təhlükə: piyada keçidi…

Bütün xəbərlər
Dünən, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
30 sentyabr 2026, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
30 sentyabr 2026, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
30 sentyabr 2026, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
30 sentyabr 2026, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
30 sentyabr 2026, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
30 sentyabr 2026, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
30 sentyabr 2026, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
30 sentyabr 2026, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
30 sentyabr 2026, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
30 sentyabr 2026, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
29 sentyabr 2026, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Oxşar xəbərlər