top
Sovetlərin qorxduğu GƏNCƏLİ: İsmayıl xan
15 avqust 2026, 13:10
- ↺ +

Sovetlərin qorxduğu GƏNCƏLİ: İsmayıl xan

Azərbaycanda sovet hakimiyyəti üçün ən təhlükəli adam adlandırılan gəncəli İsmayıl xan Ziyadxanov 159 il əvvəl, 15 avqust 1867-ci ildə Gəncə şəhərində anadan olub. 

Gencexeber.az məlumat verir ki, İsmayıl xan sonuncu Gəncə xanı Cavad xan Ziyadoğlunun nəticəsidir. O, ilk təhsilini Gəncə gimnaziyasında alıb, sonra isə Moskva İmperator Universitetinin (indiki MDU) hüquq fakültəsini bitirib. Universiteti bitirdikdən sonra Tiflis Dairə Məhkəməsində prokuror müavini vəzifəsində işləyib.

İsmayıl xanın siyasi fəaliyyəti 1905-ci ildə Azərbaycanda erməni daşnaklarının törətdiyi qətliamlardan sonra başlayıb. 1906-cı ildə Ziyadxanov Yelizavetpol quberniyasının birinci Dövlət Dumasının deputatı seçilib. Dumanın müsəlman fraksiyasının büro və "Xalq Azadlığı" partiyasının üzvü olub. 

1907-ci ilin mart ayında İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Zaqafqaziya Ümummüsəlman İttifaqı yaradılıb. 1917-ci ildə Rusiya fevral burjua inqilabından sonra Gəncədə ictimai təşkilatların icraiyyə komitəsini təşkil edib və şəhər milisinin rəisi təyin edilib. 

1918-ci il 18-22 mart tarixlərində komissar Stepan Şaumyanın əmri ilə bolşevik və erməni daşnak ordusu Şamaxıda dinc müsəlmanları qətlə yetirib. Martın 28-də İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Şamaxının müdafiəsinə gələn milis dəstələri qısa vaxt ərzində şəhəri düşməndən azad ediblər. Şaumyan İsmayıl xan Ziyadxanovu Azərbaycanda sovet hakimiyyəti üçün ən təhlükəli adam adlandırıb. 

İsmayıl xan Ziyadxanov Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumətinin tərkibində hərbi işlər üzrə müvəkkil işləyib, daha sonra Xarici İşlər nazirinin birinci müavini təyin edilib. 

İsmayıl xan Ziyadxanov 5 may 1920-ci ildə bolşeviklər tərəfindən güllələnib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
Dünən, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
Dünən, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
Dünən, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
Dünən, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
Dünən, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
Dünən, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
Dünən, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
Dünən, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə məktəblilər üçün təhlükə: piyada keçidi…

Bütün xəbərlər
Dünən, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
30 sentyabr 2026, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
30 sentyabr 2026, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
30 sentyabr 2026, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
30 sentyabr 2026, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
30 sentyabr 2026, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
30 sentyabr 2026, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
30 sentyabr 2026, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
30 sentyabr 2026, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
30 sentyabr 2026, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
30 sentyabr 2026, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
29 sentyabr 2026, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
29 sentyabr 2026, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
29 sentyabr 2026, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
29 sentyabr 2026, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
29 sentyabr 2026, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Oxşar xəbərlər