Gəncə şəhər 44 saylı Məktəb-Lisey Kompleksinin 11A sinfinin bütün məzunları ali məktəblərə qəbul olunublar.
Gencexeber.az-ın məlumatına görə, sinfi bitirən 20 məzunun hər biri qəbul imtahanlarında uğurlu nəticə göstərərək tələbə adını qazanıb.
Məzunlar arasında Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Rəşad Sadıqovun oğlu Nicat Sadiqov da yer alıb. O, imtahanda yüksək nəticə toplayaraq Ali təhsil ocağına qəbul olunub.