Gəncəni təmsil edən peşəkar boksçu Şahlar Nağıyev WBF Peşəkar Boks gecəsində növbəti qələbəsini əldə edib.
Gencexeber.az-ın məlumatına görə, "TJ Promotions" təşkilatçılığı ilə keçirilən boks gecəsində ümumilikdə 6 peşəkar döyüş baş tutub.
Rinqə çıxan Şahlar Nağıyev rəqibi üzərində inamlı qələbə qazanaraq peşəkar boks karyerasında 20-ci uğuruna imza atıb.
Gəncəli idmançı əldə etdiyi nəticə ilə peşəkar karyerasında növbəti mərhələyə qədəm qoyub. O, qarşıdakı döyüşlərdə də uğurlarını davam etdirməyi hədəfləyir.
Qeyd edək ki, Şahlar Nağıyev WBC (Dünya Boks Şurası) A kəmərinin sahibidir. O, həmçinin Avropa və Dünya kuboklarının mükafatçısı, eləcə də müxtəlif beynəlxalq turnirlərin qalibidir. Gəncəli boksçu peşəkar karyerası ərzində keçirdiyi 20 döyüşün hamısında qələbə qazanaraq məğlubiyyətsiz seriyasını davam etdirir.