27.5 C
Gence
27.5 C
Gence

Gəncədə vətəndaş köməksiz vəziyyətdə aşkar edilib

Gəncədə bir nəfər xilas edilib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin saytında məlumat dərc edilib.

Qurumun “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan xilasetmə qüvvələri mənzilin giriş qapısını açıblar. Orada halsız vəziyyətdə vətəndaş aşkar edilib. Əməkdaşlar onu aidiyyəti üzrə təhvil veriblər.

Ən Çox Oxunan