Gəncə sakini bıçaqlanıb. Bu haqda 17 noyabr tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə Samux rayon ərazisində qeydə alınıb. İnstitut qəsəbəsinin yaxınlığındakı şadlıq saraylarının birində bıçaqlanma olub. 31 yaşlı Gəncə şəhər sakini Fazil Əhmədov yaralanaraq xəstəxanaya yerləşdirilib.
O əməliyyat edilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.