top
Çökək hamam: Gəncədə səfəvi şahının 400 illik yadigarı
02 oktyabr 2021, 13:30
- +

Çökək hamam: Gəncədə səfəvi şahının 400 illik yadigarı

Çökək hamam Gəncə şəhərinin mərkəzində, "Şah Abbas" məscidinin yanında yerləşir. Hamam 1606-cı ildə memar Şeyx Bahəddinin layihəsi əsasında tikilib. Səfəvi Şah Abbasın əmri ilə tikildiyi üçün el arasında ona "Şah Abbas hamamı"- da deyirlər.

Rəvayətə görə, hamam keçmişdə bir şamla isidilirdi. AMEA-nın Gəncə Bölməsinin akademik-katibinin müavini Samir Pişnamazzadə isə bildirmişdir ki, bu yanlış məlumatdır.

Hamamın "Çökək" adlandırılması onun quruluşundan irəli gəlir. Beləki, suyun təzyigini təmin etmək üçün, onu çökəkdə inşa ediblər. Hamam odunla qızdırılırdı. Zirzəmidə iki buxar qazanı yerləşirdi. Su Şatır arxı və Hacı Bağır kəhrizləri üstündə qurulan supaylayıcıdan götürülürdü.  Su, hamamın divarlarda və döşəməsində, quraşdırılmış keramik borularla, qızdırıldıqdan sonra, onun buxarı zallara ötürülürdü. Buxar bərabər ölçüdə dövr edir və bütün otaqları qızdırırdı. Beləliklə, həm zallar, həm də hamamın divarları isinirdi.

Binanın tikintisində yumurta ağı ilə gil-əhəng və qırmızı kərpicdən istifadə edilib. Çökək hamamın iki böyük və bir kiçik günbəzi var. Böyük günbəzlərin qırağında ventilyator rolu oynayan yarımgünbəzlər tikilib. Onlardan ventilyasiya boruları divarların içərisindəki hamama doğru ayrılır. Qışda burada isti, yayda isə sərin olurdu.

Hamam iki iç-içə zaldan ibarətdir: mərkəzində hovuz və fəvvarə olan əsas zal istirahət üçün, kiçik zal isə yuyunmaq üçün nəzərdə tutulmuşdur. Hamamın bir giriş qapısı və tunelə oxşar yolu movcuddur. Çökək hamam bayır hissədən soyunub-geyinmə, içəridən isə yuyunma otağından ibarətdir.

2002-ci ildən Çökək hamam beynəlxalq əhəmiyyətli mədəniyyət abidəsi statusu alıb və UNESCO tərəfindən mühafizə olunur. 2003-cü ildə hamamda bərpa işləri aparılıb.

Hal-hazırda hamam "Veqo" otelinə birləşdirilib və otelin qonaqları tərəfindən istifadə olunur.

Mənbələr: 


  1. Gəncənin maddi mədəniyyət abidələri. Baki "Nurlan" 2004

  2. https://news.milli.az/regional/207645.html

  3. http://ganjatv.az/abideler/40-cokk-hamam-gnc-dalarn-yadda.html

  4. https://oxu.az/interesting/242580


[caption id="attachment_3004" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_3005" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_3006" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_3007" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 21:23

Ötən il Gəncədə 793 ailə dağılıb

Bütün xəbərlər
Bu gün, 19:22

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün xəbərlər
Bu gün, 18:00

MKTİB-ə yeni texnikalar gətirilib

Bütün xəbərlər
Bu gün, 16:38

Beşyaşlıların məktəblərdə boş qalan yerlərə prioritetsiz qəbulu başlayıb

Bütün xəbərlər
Bu gün, 16:02

Həmkəndlisini ağacla döydü, məhkəməlik oldu

Bütün xəbərlər
Bu gün, 14:51

"Kəpəz" Ümid Səmədovla müqaviləni yenilədi

Bütün xəbərlər
Bu gün, 14:03

Hər ət dönər üçün uyğun deyil

Bütün xəbərlər
Bu gün, 13:46

Yaşa görə sosial şəbəkə tələbləri ilə bağlı - Cərimələr müəyyənləşdi

Bütün xəbərlər
Bu gün, 13:34

Gəncədə "Off-road" üçün yararlı küçə

Bütün xəbərlər
Bu gün, 12:58

Sabah Gəncədə 39 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 11:05

Ceki Çanın filmində çəkilmək üçün ŞANS

Bütün xəbərlər
Bu gün, 10:33

Gəncədə ekoloji aksiya keçiriləcək

Bütün xəbərlər
Bu gün, 09:59

Tanınmış müğənni Gəncədə səhnə alacaq - GİRİŞ SƏRBƏSTDİR

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə direktor vəzifəsi üçün müsabiqə elan edilib

Bütün xəbərlər
Dünən, 16:56

Göygöldə qanunsuz tikili söküldü

Bütün xəbərlər
Dünən, 15:41

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Dünən, 15:11

45 yaşlı qadının evinin həyətindən meyiti tapılıb

Bütün xəbərlər
Dünən, 14:35

Fikrət Əmirov parkında şam ağacları quruyur – Gəncə sakini

Bütün xəbərlər
Dünən, 13:56

15 gündə Elm və Təhsil Nazirliyinə 54 minə yaxın müraciət olub

Bütün xəbərlər
Dünən, 12:33

Nizami Gəncəvinin nəslindən olan Xalq artistinin doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:05

İki sərnişinin ölümünə səbəb olan sürücü yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Dünən, 10:32

Gəncəli şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:58

MİDA güzəştli mənzillər satışa çıxarıb

Bütün xəbərlər
Dünən, 09:08

Gəncədə yol problemi: Çuxurlar sürücüləri çətin vəziyyətdə salır

Oxşar xəbərlər