top
Sözləri Gəncədə yazılan Çırpınırdı Qara dəniz mahnısının TARİXİ
20 aprel 2026, 10:00
- ↺ +

Sözləri Gəncədə yazılan "Çırpınırdı Qara dəniz" mahnısının TARİXİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Çırpınırdı Qara dəniz" mahnısının sözləri şair Əhməd Cavada, musiqisi isə bəstəkar Üzeyir Hacıbəyova aiddir. Əhməd Cavad bu şeiri 14 dekabr 1914-cü ildə Gəncədə yazıb.

Gencexeber.az məlumat verir ki, "Çırpınırdı Qara dəniz" şeirinin yaranması Türkiyənin Birinci Dünya müharibəsində iştirakı ilə bağlıdır. Müharibə illərində (1914-1918) dəniz qüvvələri polkovniki Rauf Orbay "Hamidiyə" hərbi gəmisi ilə Qara dənizdə rus hərbi bazasına hücum edir. Rusların "Kazbek" hərb gəmisi batırılır, "Kaluqa" gəmisi isə yararsız hala düşür. Əsgərlərin şücaətinə heyran qalan Əhməd Cavad Gəncədə bu şeiri yazır.

1918-ci ildə Üzeyir Hacıbəyov şeirə musiqi bəstələyir və Azərbaycana köməyə gəlmiş Qafqaz İslam Ordusuna həsr edir. Həmçinin "Çırpınırdı Qara dəniz" şeiri 1919-cu ildə Əhməd Cavadın ikinci şeir kitabı "Dalğa"da dərc olunur.

1926-cı ildə Qarsda Mustafa Kamal Atatürk bu mahnını eşidir və sözlərindən təsirlənərək, ifaçılara təşəkkür edir.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Sovet hakimiyyəti pantürkçülük bəhanəsi ilə mahnının səslənməsinə qadağa qoyur. Mahnı 70 ildən çox Azərbaycanda səslənmir.

Ermənilər bundan istifadə edir və "Çırpınırdı Qara dəniz" mahnısının sözlərini dəyişib, erməni şairi Sayat Novaya məxsus olduğunu deyirlər. Erməni müğənniləri bu mahnını konsertlərdə "Kamança" adı ilə oxuyurdular. Bu mahnı Ermənistanda başqa müəlliflərin adı ilə səsləndirilir və ermənilər onun Daşnaksütyun Partiyasının himni olduğunu söyləyirlər.

Hazırda bu mahnı Azərbaycanda Şəmistan Əlizamanlı və Azərinin ifasında daha məşhurdur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:06

Gəncəli döyüşçülərdən 5 qızıl MEDAL

Bütün xəbərlər
Bu gün, 16:00

Sabah Gəncədə hava yağmursuz olacaq

Bütün xəbərlər
Bu gün, 15:10

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 14:37

"Setnet" internet provayderinin generatoru yatmağa imkan vermir - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 12:26

Baş məşqçi: "Pulsuzluqdan doğma stadionumuzda oynaya bilmirik"

Bütün xəbərlər
Bu gün, 11:20

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:18

İlmələrə köçən tarix: Qazax xalçaçılıq ənənəsi

Bütün xəbərlər
Bu gün, 09:22

Gəncədə 15 yaşlı oğlan 5-ci mərtəbədən yıxıldı

Bütün xəbərlər
Dünən, 18:07

"Planda olanda edərik": Gəncədə sakinlərin illərdir həll olunmayan dərdi

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 60%-dən çox artıb

Bütün xəbərlər
Dünən, 16:02

Gəncəli qrossmeyster Azərbaycanı təmsil edəcək

Bütün xəbərlər
Dünən, 15:14

Üçrəngli bayrağın Natiq ucalığı…

Bütün xəbərlər
Dünən, 14:01

Gəncədə "Chevrolet" qəfil alışaraq yanıb

Bütün xəbərlər
Dünən, 13:22

Polis olmaq istəyənlərin nəzərinə: Vilayət Eyvazov Gəncədə sıra baxışı keçirəcək

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə hərbi yürüş keçirilir

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədə ağacəkmə aksiyaları keçirilib

Bütün xəbərlər
Dünən, 09:49

Gəncəli güləşçi Olimpiya çempionu oldu

Bütün xəbərlər
Dünən, 09:10

Azərbaycan və Türkiyə bayraqları ilə Gəncəni dolaşdı…

Bütün xəbərlər
Dünən, 08:27

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:15

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Bütün xəbərlər
08 noyabr 2026, 18:00

Gəncədə su xətləri çəkildi, sürücülər çətin vəziyyətə düşdü

Bütün xəbərlər
08 noyabr 2026, 15:57

Gəncə qapısı: Şuşanın Zəfər tağı

Oxşar xəbərlər