Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə "Ekologiyanın qorunmasında gənclərin ideya marafonu" layihəsi həyata keçiriləcək.
Gencexeber.az bildirir ki, layihənin məqsədi Gəncə şəhərində gənclər arasında ekoloji düşüncəni təbliğ etmək, ətraf mühitin sağlamlaşdırılması üçün innovativ təşəbbüsləri ortaya çıxarmaq və dəstəkləməkdir.
Layihə 3 mərhələdən ibarətdir:
1. İştirakçılar ideya yaratma və biznes planlaşdırma təlimlərində iştirak edəcəklər;
2.İştirakçılar şəhər ərazisində ekoloji aksiya həyata keçirəcəklər;
3. İştirakçılar hazırladıqları ideyaları investorlar və mütəxəssislər qarşısında təqdim edəcəklər.
Təlimlər 10–14 avqustda, ekoloji aksiya isə ayın 15-də baş tutacaq.