top
Azərbaycanın ilk milli siyasi firqəsi Gəncədə yaradılmışdı: Qeyrət partiyası
07 aprel 2026, 14:59
- ↺ +

Azərbaycanın ilk milli siyasi firqəsi Gəncədə yaradılmışdı: "Qeyrət" partiyası

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qeyrət partiyası 1905-ci ildə Gəncədə yaradılıb. Bu, Azərbaycanın ilk milli siyasi firqəsi idi.

Gencexeber.az xatırladır ki, "Qeyrət" partiyası məhz Türk Sosial-Federativ İnqilabi Komitəsinin əsasında yaradılıb.

Partiya, həmçinin "Tatar sosialist-federalist inqilabçılarının partiyası" adlandırılıb. Partiyanın qırmızı möhürü olub. Qeyrət partiyası ilk növbədə Azərbaycana muxtariyyətin verilməsi və Rusiyanın federativ şəkildə qurulması tələblərini ifadə edib.

XX əsrin əvvəllərində Gəncə milli azadlıq hərəkatının mərkəzinə çevrilib. Buna səbəb əhali arasında təhsil almış ziyalıların olması və Gəncənin Gürcüstana yaxın olması olub. Gürcüstan həmin zaman Qafqazda separatçı hərəkatın mərkəzlərindən biri olub. Bu vaxtlarda Gəncədə Türk Sosial-Federativ İnqilab Komitəsinin imzaladığı iki vərəqə yayılır.

Birinci vərəqənin məzmunu:

"Türk qardaşlar! Bakı hadisəsi biz müsəlmanları və erməniləri yüz il geriyə itələdi, geri çəkdi və bizi bütün digər qəbilələrin gözündə rüsvay etdi. Bakının küçələrində qanlı erməni və müsəlman meyitləri varkən, düşmənimiz qürurlanır…Ona görə də oyanıb düşmən-Rusiya hökumətini tanımalıyıq".

Birinci və ikinci vərəqənin məzmunu oxşar idi. Türk Sosial-Federalistlər Komitəsi muxtariyyət və Rusiyanın federal quruluşu ideyasını irəli sürüb.

Partiyanın rəhbərliyi ziyalı təbəqədən ibarət olub. Onların sırasında Ələkbər bəy Rəfibəyli, Adil bəy Xasməmmədov və bəzi mənbələrə görə, Nəsib bəy Yusifbəyli kimi ictimai xadimlər də yer alıb. Həmçinin firqədə sadə Gəncə sakinləri fəaliyyət göstərib. Onlar əhali arasında federalizm ideyalarını yaymaq və millətlərarası savaşa son qoymaq çağırışı ilə iştirak ediblər. "Qeyrət" partiyasının özəkləri Şuşa və Bakıda da fəaliyyət göstərib. Partiya 1908-ci ildə öz fəaliyyətini dayandırıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
Dünən, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
Dünən, 16:45

"Gəncə"nin beş oyunçusu liftdə xəsarət aldı

Bütün xəbərlər
Dünən, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
Dünən, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
Dünən, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
Dünən, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
Dünən, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
Dünən, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
Dünən, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
Dünən, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
Dünən, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
07 oktyabr 2026, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
07 oktyabr 2026, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
07 oktyabr 2026, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
07 oktyabr 2026, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
07 oktyabr 2026, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
07 oktyabr 2026, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
07 oktyabr 2026, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
07 oktyabr 2026, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
07 oktyabr 2026, 09:12

Gəncədə "islanmaq" üçün nəzərdə tutulan avtobus dayanacağı

Oxşar xəbərlər