top
İtaliyanın milli qəhrəmanı – Gəncəli partizan Armando
09 may 2026, 10:00
- ↺ +

İtaliyanın milli qəhrəmanı – Gəncəli partizan "Armando"

22 iyun 1941-ci ildə faşist Almaniyasının SSRİ-yə hücumu ilə Böyük Vətən müharibəsi başladı. Sovet ordusunun bir sıra uğursuzluğu nəticəsində xeyli sovet döyüşçüsü düşmən tərəfindən əsir alınıb, lakin bəziləri qaçaraq müqavimət hərəkatına – partizan dəstələrinə qoşulub. Belə döyüşçülər sırasında gəncəli Ənvər Abbaszadə də olub.

Gencexeber.az məlumat verir ki, Ənvər Abbaszadə 9 may 1912-ci ildə maarifçi Mirzə Abbas Abbaszadənin ailəsində anadan olub.

O, 1941-ci ildə hərbi xidmətə çağırılıb, Gürcüstanda təlim keçib. Leytenant rütbəsinə yüksələrək Ukraynaya göndərilib, Sevastopol, Nikolayev, Herson, Priluk şəhərlərində xidmət edib. 1942-ci ilin sonlarında Abbaszadə Kerç ətrafında 150 minə yaxın zabit-əsgərlə bərabər alman faşistlərinə əsir düşüb, düşərgələrdə böyük işgəncələrə məruz qalıb.

1943-cü ilin aprelində Abbaszadə İtaliyaya aparılıb. O, fürsət taparaq 10 nəfərə yaxın zabitlə oradan qaçıb, Piyaçensa şəhəri ətrafındakı meşədə fəaliyyət göstərən partizan dəstəsinə qoşulub. Abbaszadə təxribat əməliyyatlarında və hərbi məlumatların ələ keçirilməsində fəal iştirak edib. O, öz ətrafına əsirlikdən qaçan başqa əsgərləri toplayaraq onları mübarizəyə ruhlandırıb. Partizan İtaliyanın şəhərlərində müxtəlif əməliyyatlar aparıb, həmçinin Borqonova, Kastel San Covani və Piyaçensa adlı ərazilərdə alman işğalçılarının avtomaşınlarını məhv edərək, cürbəcür sabotajlar edib.

İtaliyanın milli qəhrəmanı Ənvər Abbaszadə cəbhə dostları arasında "Armando" ləqəbi ilə çağırılıb.

Müharibə qurtardıqdan sonra digər zabitlərlə birlikdə SSRİ-yə qayıdan Ənvər həbs edilərək Ufa şəhərinə aparılıb, işgəncələrə məruz qalıb. 4 ay orada saxlanıldıqdan sonra Abbaszadə 1945-ci ildə Gəncəyə gətirilib. O, xalq düşməni kimi ittiham olunub və 1950-ci ildə Yakutiya Respublikasının Aldan rayonuna 6 il müddətinə sürgün edilib, 1955-ci ildə sürgündən Gəncəyə qayıdıb.

Ənvər Abbaszadə 1984-cü ildə vəfat edib. Hazırda qəhrəmanın yaşadığı Ozan küçəsində, 20 nömrəli evin fasadına barelyefləri vurulub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
Dünən, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
Dünən, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
03 oktyabr 2026, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
03 oktyabr 2026, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
03 oktyabr 2026, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
02 oktyabr 2026, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
02 oktyabr 2026, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
02 oktyabr 2026, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
02 oktyabr 2026, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
02 oktyabr 2026, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
02 oktyabr 2026, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
02 oktyabr 2026, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
02 oktyabr 2026, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Oxşar xəbərlər