Gəncədə keçiriləcək "Ganja Cup 2026" üzgüçülük turnirinin xüsusi qonağı tanınmış müğənni Mərdan Kazımov olacaq.
Gencexeber.az məlumat verir ki, 6-7 avqust tarixlərində Gəncə Olimpiya İdman Kompleksində təşkil olunacaq yarış çərçivəsində idmansevərlər üçün xüsusi musiqili proqram hazırlanıb. Turnirin ikinci günü – 7 avqust saat 20:00-da tanınmış müğənni Mərdan Kazımov və digər sənətçilər sevilən mahnılarını ifa edəcək.
Qeyd edək ki, Azərbaycan Üzgüçülük Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı nəticəsində keçiriləcək "Ganja Cup 2026" üzgüçülük üzrə ölkədaxili turnirdir. Yarış bu il ikinci dəfə "Ganja Cup" adı altında Nizami yurdunda təşkil olunacaq.