"Kəpəz" futbol klubu Ümid Səmədovla müqaviləni yeniləyib.
Gencexeber.az bildirir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
"Kəpəz"in yetirməsi olan müdafiəçinin yeni anlaşması 2028-ci ilin yayınadək nəzərdə tutulub. Ümid Səmədov ötən mövsüm ümumilikdə 27 oyun keçirib.