Daşkəsən rayonunun Pirverdilər kənd sakini, 1981-ci il təvəllüdlü Sveta İsmayılovanın meyiti tapılıb.
Gencexeber.az bildirir ki, qadının meyiti yaşadığı evin həyətindəki çardaqdan aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Qadının hansı səbəbdən öldüyü məlum deyil.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma başlanılıb.