top
Ötən il Gəncədə 793 ailə dağılıb
05 avqust 2026, 21:23
- ↺ +

Ötən il Gəncədə 793 ailə dağılıb

Azərbaycanda son iki ildə boşanmaların sayı azalsa da, boşanmaların ən çox qeydə alındığı rayonlar demək olar ki, dəyişməyib.

Son beş ilin statistikası göstərir ki, bu siyahıda əsasən Bakı şəhərinin rayonları üstünlük təşkil edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə ölkədə 17 min 191, 2022-ci ildə 15 min 983, 2023-cü ildə 21 min 688, 2024-cü ildə 21 min 384, 2025-ci ildə isə 20 min 675 boşanma qeydə alınıb. Beləliklə, 2023-cü ildə rekord həddə çatan boşanmaların sayı sonrakı iki ildə azalma tendensiyası nümayiş etdirib. 2021-2024-cü illərin göstəriciləri Dövlət Statistika Komitəsinin rəsmi statistikasına əsaslanır.

Araşdırma göstərir ki, son beş ildə boşanmaların sayına görə liderlik əsasən Xətai, Binəqədi, Yasamal, Sabunçu və Nərimanov rayonlarının əlində olub. Ayrı-ayrı illərdə Gəncə və Sumqayıt da ilk sıralarda qərarlaşsa da, ümumi mənzərə dəyişməyib.

2025-ci ildə boşanmaların sayına görə ilk onluq belə formalaşıb:

• Xətai – 836
• Binəqədi – 821
• Gəncə – 793
• Yasamal – 775
• Sabunçu – 690
• Abşeron – 655
• Suraxanı – 636
• Nərimanov – 505
• Nəsimi – 475
• Nizami – 440

Müqayisə göstərir ki, 2024-cü ildə ilk üçlükdə yer alan Sumqayıt 2025-ci ildə 820 boşanma ilə ilk beşlikdən kənarda qalıb. Əvəzində Yasamal rayonu ilk dördlükdə qərarlaşıb. 2024-cü ildə də boşanmaların sayına görə ilk sıralarda Xətai, Sumqayıt, Gəncə, Binəqədi və Yasamal rayonları yer alırdı.

Boşanmaların intensivliyi baxımından isə mənzərə fərqlidir. Əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayına görə Yasamal rayonu son beş ildə ardıcıl olaraq ölkədə liderliyini qoruyur. 2025-ci ildə bu göstərici 4 olub. Sonrakı yerlərdə Xocalı (3,7), Qaradağ (3,3), Səbail, Suraxanı və Xətai (hərəsində 3) qərarlaşıb.

Ən aşağı boşanma göstəricisi isə əvvəlki illərdə olduğu kimi Lerik rayonunda qeydə alınıb. Burada əhalinin hər 1000 nəfərinə düşən boşanma sayı cəmi 0,9 təşkil edib.

Son beş ilin statistikası göstərir ki, boşanmaların ümumi sayı azalsa da, onların coğrafiyası dəyişmir. Ən yüksək göstəricilər yenə də əhalinin sıx məskunlaşdığı Bakı rayonlarında qeydə alınır və bu rayonlar uzun illərdir ölkə üzrə boşanma statistikasına liderlik edir.

Mənbə: sfera.аz

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
03 oktyabr 2026, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
03 oktyabr 2026, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
03 oktyabr 2026, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
02 oktyabr 2026, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
02 oktyabr 2026, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
02 oktyabr 2026, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
02 oktyabr 2026, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Oxşar xəbərlər