top
Azərbaycanın ilk təhsil naziri: gəncəli Nəsib bəy Yusifbəyli
02 dekabr 2021, 13:00
- +

Azərbaycanın ilk təhsil naziri: gəncəli Nəsib bəy Yusifbəyli

Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncədə ziyalı ailəsində anadan olub. Orta təhsilini Gəncə klassik gimnaziyasında alıb. Daha sonra Novorossiysk Universitetinin hüquq fakültəsinə daxil olub.

Nəsib bəy çar hökuməti tərəfindən təqiblərə məruz qaldığından, 1906-cı ildə Krımın Bağçasaray şəhərinə gedib. O, türk dünyasının ictimai-siyasi xadimi, İsmayıl bəy Qaspıralının redaktoru olduğu "Tərcüman" qəzetində işləməyə başlayıb.

1908-ci ildə Türkiyənin İstanbul şəhərinə gedib, "türk dərnəyi" adlı cəmiyyətə üzv olub. Nəsib bəy 1909-cu ildə Gəncəyə qayıdıb və "Mədrəseyi-ruhaniyyə" məktəbində müəllim işləməyə başlayıb. Yusifbəyli Gəncədə yaşasa da, "Tərcüman" qəzetində müxtəlif yazılarla çıxış edib. O, 1911-ci ildə Gəncədə bələdiyyə idarəsində ictimai-siyasi fəaliyyətə başlayıb.

Yusifbəyli Gəncədə Müsəlman Xeyriyyə Cəmiyyətinin, Müsəlmanlar İçərisində Maarifi Yayan cəmiyyətin və Aktyorlar Cəmiyyətinin fəaliyyətində iştirak edib. O, həmçinin "Difai" partiyasının üzvü idi.

1917-ci ildə Fevral-burjua inqilabından sonra Yusifbəyli Gəncədə yaranan Türk Ədəmi-Mərkəziyyət Partiyasına və Müsəlman Milli Komitəsinə başçılıq edib. 1917-ci ildə Bakıda Birinci Müsəlman qurultayında Nəsib bəy bu sözləri demişdir: "Kim deyə bilər ki, biz özünü idarəetmə səlahiyyətində olan bir millət deyilik?!".

1918-ci ilin 22 aprelindən, 26 maya qədər Zaqafqaziya Demokratik Federativ Respublikasında Nəsib bəy Yusifbəyli maarif naziri vəzifəsində çalışıb. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fətəli Xan Xoyskinin təşkil etdiyi birinci hökumət kabinəsində Yusifbəyli maliyyə və xalq maarifi naziri, ikinci və üçüncü hökumət kabinələrində isə xalq maarifı və dini etiqad naziri vəzifələrini tutub.

1919-cu ilin martında Xoyskinin hökumət kabinəsi istefa verir və Nəsib bəy yeni hökumət kabinəsi yaradır. Nəsib bəy Baş nazir vəzifəsi ilə yanaşı, Daxili İşlər naziri və Nazirlər Şurasının Sədri vəzifələrini icra edib. O, 24 dekabr 1919-cu ildə yaratdığı hökumət kabinəsi (sayca beşinci) 1 aprel 1920-ci ilə qədər fəaliyyət göstərib.

31 may 1920-ci ildə ölkəni tərk edərkən, Nəsib bəy Yusifbəyli yolda qətlə yetirilib.

 

Mənbələr:


  1. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri. Gəncə-2018

  2. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı-2004

  3. Nəsiman Yaqublu. Cümhuriyyət qurucuları. Bakı-2018

  4. Nazif Qəhramanlı. Nəsib bəy nümunəsi. Bakı-2008

  5. http://www.tarixinstitutu.az/personalities/view/102

  6. https://www.youtube.com/watch?v=baw8qCcl0no&t=149s

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 21:23

Ötən il Gəncədə 793 ailə dağılıb

Bütün xəbərlər
Bu gün, 19:22

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün xəbərlər
Bu gün, 18:00

MKTİB-ə yeni texnikalar gətirilib

Bütün xəbərlər
Bu gün, 16:38

Beşyaşlıların məktəblərdə boş qalan yerlərə prioritetsiz qəbulu başlayıb

Bütün xəbərlər
Bu gün, 16:02

Həmkəndlisini ağacla döydü, məhkəməlik oldu

Bütün xəbərlər
Bu gün, 14:51

"Kəpəz" Ümid Səmədovla müqaviləni yenilədi

Bütün xəbərlər
Bu gün, 14:03

Hər ət dönər üçün uyğun deyil

Bütün xəbərlər
Bu gün, 13:46

Yaşa görə sosial şəbəkə tələbləri ilə bağlı - Cərimələr müəyyənləşdi

Bütün xəbərlər
Bu gün, 13:34

Gəncədə "Off-road" üçün yararlı küçə

Bütün xəbərlər
Bu gün, 12:58

Sabah Gəncədə 39 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 11:05

Ceki Çanın filmində çəkilmək üçün ŞANS

Bütün xəbərlər
Bu gün, 10:33

Gəncədə ekoloji aksiya keçiriləcək

Bütün xəbərlər
Bu gün, 09:59

Tanınmış müğənni Gəncədə səhnə alacaq - GİRİŞ SƏRBƏSTDİR

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə direktor vəzifəsi üçün müsabiqə elan edilib

Bütün xəbərlər
Dünən, 16:56

Göygöldə qanunsuz tikili söküldü

Bütün xəbərlər
Dünən, 15:41

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Dünən, 15:11

45 yaşlı qadının evinin həyətindən meyiti tapılıb

Bütün xəbərlər
Dünən, 14:35

Fikrət Əmirov parkında şam ağacları quruyur – Gəncə sakini

Bütün xəbərlər
Dünən, 13:56

15 gündə Elm və Təhsil Nazirliyinə 54 minə yaxın müraciət olub

Bütün xəbərlər
Dünən, 12:33

Nizami Gəncəvinin nəslindən olan Xalq artistinin doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:05

İki sərnişinin ölümünə səbəb olan sürücü yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Dünən, 10:32

Gəncəli şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:58

MİDA güzəştli mənzillər satışa çıxarıb

Bütün xəbərlər
Dünən, 09:08

Gəncədə yol problemi: Çuxurlar sürücüləri çətin vəziyyətdə salır

Oxşar xəbərlər