Gəncədə yollardan biri sürücülər üçün çətinlik yaradır. Bu haqda Gencexeber.az-a 15 yanvar tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Səməd Vurğun küçəsində müşahidə edilir. Burada iki lükün yerləşdiyi ərazidə çöküntü əmələ gəlib. Sakinlərin sözlərinə görə, bu vəziyyət bir aydır davam edir.
Sürücülər bildirirlər ki, yolun çökməsi nəqliyyat vasitələrinin hərəkətinə maneə törədir.
Qeyd edək ki, çuxur avtomobil yolunun orta hissəsində yerləşir.