Gəncənin bir sıra ərazilərində işıq dirəkləri quraşdırılır. Bu haqda Gencexeber.az-a 15 yanvar tarixində məlumat daxil olub.
Söhbət Aida İmanquliyeva küçəsi, 93, 97, 117, 137 və Mirzə Kazım bəy küçəsi, 59, 65, 74, 86 ünvanlarından gedir. Adıçəkilən ərazilərdə işıq dirəkləri quraşdırılır. Quraşdırma işləri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən görülür.
Aida İmanquliyeva 93, 137 və 117-də analoji işlər yaxın günlərdə aparılacaq. Digər ünvanlarda isə artıq yeni işıq dirəkləri quraşdırılıb.
[modula id="53136"]