Gəncədə kəsişmələrin birində sürücülər üçün çətinlik yaranıb. Bu haqda Gencexeber.az-a 15 yanvar tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Nizami Gəncəvi və Azərbaycan Bayrağı küçələrinin kəsişməsində müşahidə olunur. Adıçəkilən ərazidə yerləşən işıqfor ötən gündən bəri işləmir.
Nəticədə nəqliyyat vasitələrinin idarə edilməsi çətinləşib, yolda gərginlik yaranıb. Sürücülər qəza şəraitinin yaranmasından narahat olduqlarını bildiriblər.
[modula id="53126"]