Gəncədə sərgi təşkil olunacaq. Bu haqda 31 yanvar tarixində Gənclər Evinə istinadən xəbər veririk.
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rəsm sərgisi və təltifetmə mərasimi keçiriləcək. Sərgi Regional Gənclər və İdman İdarəsi Gəncə Gənclər Evi təşkilatçılığı ilə həyata keçiriləcək.
Tədbir 2 fevral tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.