Gəncə sakini qəzaya uğrayıb. Bu haqda 1 fevral tarixində Qafqazinfo-ya istinadən xəbər veririk.
Hadisə Gəncə - Şəmkir avtomobil yolunun 14-cü kilometrliyində qeydə alınıb. Gəncə sakini Samir Qarayevin və Goranboy rayon Todan kənd sakini Ağamalı Məmmədovun idarə etdiyi maşınlar toqquşub.
Nəticədə sonuncunun maşınında olan 55 yaşlı Todan Bələdiyyəsinin sədri Şirin Qələndər oğlu İbrahimov xəsarətlər alıb və yerindəcə dünyasını dəyişib. Sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.