Gəncənin növbəti küçəsində işıqlandırma sistemi bərpa olunub. Bu haqda Gencexeber.az-a 24 noyabr tarixində məlumat daxil olub.
Söhbət Ağamirzə Əhmədov küçəsindən gedir. Adıçəkilən ərazidəki işıq dirəkləri təmir olunub və küçədə işıqlandırma bərpa edilib.
Bir müddət öncə küçədə işıq dirəklərinin işləməməsi və ərazinin zülmət qaranlıq olması barədə məlumat vermişdik.