Gəncədə iki küçə qaranlıqda qalıb. Bu haqda Gencexeber.az-a 17 noyabr tarixində məlumat daxil olub.
Bu hal şəhərin Nəsib bəy Yusifbəyli və Ağamirzə Əhmədov küçələrində müşahidə edilir. Adıçəkilən ərazilər qaranlığa qərq olub.
Sakinlərin sözlərinə görə, küçələrdə dirəklər olsa da, işıqlar işləmir. Hava qaralanda ərazilərdə zülmət qaranlıq olur.
Bildirilir ki, bu hal avtomobillər və küçə ilə hərəkət edən piyadalar üçün çətinlik yaradır.