Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 22 yanvar tarixində Report-a istinadən xəbər veririk.
Şəhər sakinini avtomobil vurub. Nəticədə 84 yaşlı Füzuli Kərimov müxtəlif xəsarətlər alıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, xəsarət alan şəxs uzun müddət "Azərbaycan Dəmir Yolları" QSC-nin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi olub.