top
UEFA Kubokunun oyununu qəbul edən stadion xarabalığa çevrilib
Foto
30 yanvar 2026, 10:16
- +

UEFA Kubokunun oyununu qəbul edən stadion xarabalığa çevrilib

Keçmiş Şəmkir şəhər stadionunun yerləşdiyi ərazi hazırda baxımsızlıq və dağıntılarla diqqət çəkir. 

Gencexeber.az-ın məlumatına görə, bir vaxtlar minlərlə azarkeşin toplaşdığı tribunanın dağılmış hissəsi, tikinti zibilləri, alaq otları və sıradan çıxmış yollar ərazinin ümumi mənzərəsini daha da acınacaqlı hala salır.

Məlumata görə, Şəmkir şəhər stadionu müxtəlif illərdə bölgə futbolunun əsas mərkəzlərindən biri olub. Tutumu 11 min 500 nəfər olan arena uzun müddət "Şəmkir" Futbol Klubunun ev oyunlarına ev sahibliyi edib. Stadion həmçinin 2004-cü ildə UEFA Kubokunun oyunlarından birinin keçirildiyi idman obyektləri sırasında yer alıb.

Lakin maliyyə problemləri səbəbindən ikiqat Azərbaycan çempionu olan "Şəmkir" FK fəaliyyətini dayandırıb. Bunun ardınca klubun ev arenası kimi istifadə olunan stadion da istifadəsiz qalıb. Baxımsızlıq nəticəsində ot örtüyü yararsız vəziyyətə düşüb, tribunaların tavanı isə çöküb.

Qeyd edək ki, stadion 2020-ci ildə satışa çıxarılıb. Dörd hektar ərazini əhatə edən arenaya 4 milyon manat qiymət qoyulub. Növbəti il – 2021-ci ildə isə stadion tamamilə sökülüb.

Yerli sakinlər və idman ictimaiyyəti vaxtilə Şəmkir futbolunun simvolu olan bu ərazinin taleyi ilə bağlı narahatlıqlarını ifadə edir, gələcəkdə ərazinin yenidən idman və ya ictimai məqsədlər üçün istifadə olunacağına ümid etdiklərini bildirirlər.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:44

Gəncədə bina əyilir, fasad örtüyü qopub tökülür – ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 13:03

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Bütün xəbərlər
Bu gün, 12:00

Gəncədə yeni zavod tikiləcək

Bütün xəbərlər
Bu gün, 11:27

Prezident əfv Sərəncamı imzaladı - siyahıda Gəncə Hərbi Məhkəməsinin məhkumu da var

Bütün xəbərlər
Bu gün, 10:21

Gəncədə dayısı arvadını qətlə yetirən şəxs məhkəmə hökmündən narazıdır

Bütün xəbərlər
Bu gün, 09:08

Qeydiyyata düşməyən sakinlər antisanitariya yaradırlar – Gəncə MKTİB

Bütün xəbərlər
Dünən, 17:04

Həbsxanalarda evlənənlərin sayı AZALIB

Bütün xəbərlər
Dünən, 16:45

13 il əvvəlki qətlin üstü açıldı

Bütün xəbərlər
Dünən, 16:14

Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq

Bütün xəbərlər
Dünən, 14:48

Psixiatriya xəstəxanası yandı, xəstələr çadıra köçürüldü

İdman
Dünən, 14:17

Ehtiram Quliyevdən haqqında yayılan iddialarla bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:20

Sabah Gəncədə hava yağmursuz olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:49

DYP kənd texnikası sürücülərinə müraciət etdi

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə 11 nömrəli avtobuslarla bağlı ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 10:25

"Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib

Bütün xəbərlər
Dünən, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
21 sentyabr 2026, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
21 sentyabr 2026, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
21 sentyabr 2026, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
21 sentyabr 2026, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
21 sentyabr 2026, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
21 sentyabr 2026, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
21 sentyabr 2026, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
21 sentyabr 2026, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Oxşar xəbərlər