Azərbaycanda sabiq hərbi prokuror vəfat edib.
Oxu.аz xəbər verir ki, Qazaxın da keçmiş hərbi prokuroru olmuş Əhməd İmanquliyev 73 yaşında dünyasını dəyişib.
Təqaüddə olan hərbi prokuror Naxçıvan şəhər, Hacıqabul rayon, Qazax rayon hərbi prokuroru vəzifələrində çalışıb. Həmçinin Baş Prokurorluqda müxtəlif vəzifələrdə işləyib.