Gəncədə bir nəfər oğurluq üstündə saxlanılıb. Bu haqda Gencexeber.az-a 26 yanvar tarixində məlumat daxil olub.
Şəhər Baş Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə Mətləb İsmayıllı saxlanılıb. O, cari ilin yanvar ayında şəhər ərazisində sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda cibgirlik etməkdə şübhəli bilinir.
Araşdırma zamanı vətəndaşın avtobusdakı sərnişinin cibindən 600 manat nağd pulu oğurlayaraq ələ keçirməsi məlum olub.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
[modula id="53779"]