Təhsilverənlərin sertifikatlaşdırılması prosesində gəncəli müəllim maksimum nəticə göstərib.
Gencexeber.az bildirir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin biologiya müəllimi Nərgiz Əliyeva təhsilverənlərin sertifikatlaşdırılması prosesində maksimum nəticə göstərərək 60 bal toplayıb.
Qeyd edək ki, Gəncə şəhər N.Nərimanov adına 25 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Fəridə Qurbanova da sertifikasiya imtahanında maksimum nəticə göstərib.