Gəncə şəhərinin Pərviz Səmədov və Təbriz küçələrinin kəsişməsində yerləşən evin hasarı hər an uça bilər. Söhbət həmin ərazidəki 40 saylı evdən gedir.
Ev sahibi Sevda Bağırova Gencexeber.az-a bildirib ki, dəfələrlə aidiyyəti qurumlara, o cümlədən Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, nəticə əldə olunmayıb.
Onun sözlərinə görə, Təbriz küçəsində abadlıq-quruculuq işləri aparılır, lakin bu təhlükəli vəziyyət nəzərə alınmır. S.Bağırova qeyd edib ki, ev sahibləri hər gün tikilinin uçmasından ehtiyat edirlər.
Qeyd edək ki, Pərviz Səmədov küçəsinin sonunda yerləşən Zərifə Əliyeva adına göz xəstəxanası da təhlükə altındadır. Tibb ocağının qarşısında park edilən avtomobillər hasarın dağılması nəticəsində ciddi zərər görə bilər.