Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Gencexeber.az bildirir ki, tədbir zamanı A.Əhmədov narkokuryerlikdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun əlindəki çantadan və yaşadığı evdən külli miqdarda narkotik vasitə aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotikləri şəhər ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb A.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.