Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Gəncə, Göygöl, Samux, Gədəbəy, Şəmkir, Goranboy, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Yevlax və Mingəçevirdə fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.