Avtomat hidroloji stansiyaların iyunun 5-i saat 9:00-a olan məlumatına əsasən əksər çaylarda sululuq artıb.
Bu barədə Gencexeber.az-a Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində hazırda Tovuz rayonu ərazisindən axan Zəyəmçay çayından sel keçir.
Kiçik Qafqaz ərazisindən axan Kürəkçayda 10 sm, Gəncəçayda isə 3 sm artım qeydə alınıb.