Gəncədə Bəxtiyar Əliyev küçəsində hər səhər yaranan tıxac sürücülərin narazılığına səbəb olur.
Gencexeber.az-a müraciət edən sakinin sözlərinə görə, Bəxtiyar Əliyev küçəsi ilə Nəriman Nərimanov prospektinin kəsişməsində, "Sünbül" mağazasının yaxınlığında yerləşən işıqforun yaşıl işığı cəmi 18–20 saniyə yanır. Bu müddət səhər saatlarında avtomobillərin hərəkəti üçün kifayət etmir.
Nəticədə Bəxtiyar Əliyev küçəsində yaranan tıxac Hacı Zeynalabdin Tağıyev küçəsinə, bəzən isə Əziz Əliyev prospektinə qədər uzanır.
Sakinlər bildiriblər ki, problemlə bağlı bir neçə dəfə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət ediblər.