Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Göygöldə qanunsuz tikili sökülüb.
Gencexeber.az məlumat verir ki, Göygöl Rayon İcra Hakimiyyəti rayonun Bəhrambağ qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktını aşkarlayıb. Bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət olunub.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.