top
Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza
Bu gün, 16:56
- ↺ +

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

25 yaşlı oğlan həmkəndlisini bıçaqlayıb.

Hadisə Şəmkir rayonunun Əliyaqublu kəndində baş verib. 2001-ci il təvəllüdlü Cavid yaşadığı evin yerləşdiyi küçədə mobil telefonla danışaraq ünvansız söyüşlər söyüb. Bu zaman oradan keçən Emin təhqirlərin ona ünvanladığını zənn edib. Yaranan mübahisə zamanı Cavid meyvə doğramaq üçün istifadə etdiyi bıçağı çıxararaq bir dəfə Eminin sol böyrək nahiyəsinə vurub.

Cavidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Cavid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, evdə olan zaman spirtli içki olan "GO" içib. Daha sonra siqaret çəkmək məqsədilə yaşadığı evin qarşısında mobil telefonla oynamağa başlayıb: "Həmin vaxt Emin küçədən keçərək əli ilə mənə salam verdi. Mən isə əsəbi olduğum üçün ünvansız söyüşlər söydüm.

Bu zaman Emin mənə yaxınlaşdı və kimə söyüş söydüyümü soruşdu. Eminə heç kimə söyüş söymədiyimi bildirdim. Lakin Emin mənimlə mübahisə etməyə davam etdi. Mübahisə zamanı əynimdə olan qış gödəkçəsinin sağ yan cibindən meyvə doğramaq üçün istifadə olunan bıçağı çıxararaq bir dəfə Eminin sol böyrək nahiyəsinə vurdum, ona xəsarət yetirdim".

İş üzrə zərərçəkmiş Emin ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını deyib.

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Cavid 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. 

Mənbə: demokrat.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
Bu gün, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
Bu gün, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
Bu gün, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
Bu gün, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Bütün xəbərlər
Bu gün, 10:08

Gəncədə zibil maşınları ilə bağlı iddialara RƏSMİ CAVAB

Bizim fəxrimiz
Bu gün, 09:04

Gəncəli taekvondoçu "Koreya Səfiri Kuboku"nda medal qazandı

Bütün xəbərlər
Dünən, 17:42

Gəncədə kişi keçmiş arvadını bıçaqladı - HÖKM

Gəncəbasar
Dünən, 17:06

Şəhid ailələrinə və müharibə əlillərinə 50 mənzil verildi

Bizim fəxrimiz
Dünən, 16:01

Gəncəli məktəbli zehni ilə PARLADI

Bütün xəbərlər
Dünən, 15:44

Gəncədə Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert keçirilib

Bütün xəbərlər
Dünən, 13:47

Gəncədə məktəblərin yaxınlığındakı çuxurlar sürücüləri BEZDİRİB

Bizim fəxrimiz
Dünən, 12:53

Gəncəli şagirdlər ölkə birinciliyində medal qazanıblar

Bütün xəbərlər
Dünən, 12:32

Gəncədə sabah 32 dərəcəyədək isti gözlənilir

Bütün xəbərlər
Dünən, 11:52

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 2 İLƏ ENDİRİLİR

Bütün xəbərlər
Dünən, 11:28

Dövlət Miqrasiya Xidməti işçi qəbulu elan etdi – VAKANSİYA VAR

Bütün xəbərlər
Dünən, 11:16

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Bütün xəbərlər
Dünən, 11:08

"Payızın dəyişkən hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir" - DYP

Bütün xəbərlər
Dünən, 10:40

Azərbaycanda 8 ayda dövlət xəttilə 263 milyon manat ipoteka krediti verilib

Bütün xəbərlər
Dünən, 10:17

İki şəhid xanımı universitetə qəbul olunub

Bütün xəbərlər
Dünən, 09:02

Gəncədə uşaqlar üçün pulsuz hazırlıq imkanı

Bütün xəbərlər
Dünən, 08:43

Gəncədə yıxılan oğlanı dəmir deşdi, vəziyyəti ağırdır

Bütün xəbərlər
24 sentyabr 2026, 18:00

Gəncədə yaşayış massivi zibilliyə çevrilib - ŞİKAYƏT

Bütün xəbərlər
24 sentyabr 2026, 17:02

Gəncədə həbs edilən Kamran Əsədov vəkilini dəyişib

Bütün xəbərlər
24 sentyabr 2026, 16:02

Bu futbol klubunda büdcə artacaq

Bütün xəbərlər
24 sentyabr 2026, 14:49

Bu il neçə qız qaçırılıb?

Oxşar xəbərlər