top
Gəncədə kişi keçmiş arvadını bıçaqladı - HÖKM
Bu gün, 17:42
- ↺ +

Gəncədə kişi keçmiş arvadını bıçaqladı - HÖKM

Gəncə şəhərində keçmiş həyat yoldaşını bıçaqlayan şəxs həbs edilib.

Hadisə 2025-ci ildə şəhərdəki fərdi yaşayış evlərinin birində baş verib. İstintaq orqanı tərəfindən Elarizin (ad-soyadlar şərti verilib) barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham elan edilib.

İstintaqa ifadəsində Elariz bildirib ki, hadisə baş verən gün axşam saatlarında həyat yoldaşı Sevda ilə evə gəlib:

"Onunla aramızda rəsmi nikah yox idi. Evdə Sevdadan yemək hazırlamasını istədim, o isə imtina etdi. Bu səbəbdən aramızda mübahisə yarandı. 

Uzun müddət sonra Sevdanın evinin qarşısından keçirdim. Bu zaman onun evinə getməyi qərara aldım. Evə girəndə əsəbi vəziyyətdə idim. Sevdaya yaxınlaşanda o, əlinə bıçaq götürərək üstümə gəldi. Əlindən tutub bıçağı almağa çalışarkən ehtiyatsızlıqdan onu yaraladım. Hadisəni qısqanclıq zəminində və spirtli içkinin təsiri altında törətmişəm".

Sevda bildirib ki, Elarizlə 2004–2015-ci illər ərzində rəsmi nikahda olub:

"Birgə nikahdan 3 uşağımız var. Elariz pəncərədən evə girib, mən onda yatmışdım. Məni bıçaqla vurdu, səbəb qısqanclıq idi. İki il əvvəl də mənə qarşı zorakılıq törətmişdi. Çəkiclə başımı yarmışdı, qolumu sındırmışdı. Həmin hadisə nəticəsində baş nahiyəmdə 9 tikiş
qoyulmuşdu".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elarizin əməli Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddəsinə tövsif edilib və Elariz 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: teleqraf.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Gəncəlilər avtobuslarda məsafəyə görə ödəniş edəcəklər

Gəncəbasar
Bu gün, 17:06

Şəhid ailələrinə və müharibə əlillərinə 50 mənzil verildi

Bizim fəxrimiz
Bu gün, 16:01

Gəncəli məktəbli zehni ilə PARLADI

Bütün xəbərlər
Bu gün, 15:44

Gəncədə Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert keçirilib

Bütün xəbərlər
Bu gün, 13:47

Gəncədə məktəblərin yaxınlığındakı çuxurlar sürücüləri BEZDİRİB

Bizim fəxrimiz
Bu gün, 12:53

Gəncəli şagirdlər ölkə birinciliyində medal qazanıblar

Bütün xəbərlər
Bu gün, 12:32

Gəncədə sabah 32 dərəcəyədək isti gözlənilir

Bütün xəbərlər
Bu gün, 11:52

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 2 İLƏ ENDİRİLİR

Bütün xəbərlər
Bu gün, 11:28

Dövlət Miqrasiya Xidməti işçi qəbulu elan etdi – VAKANSİYA VAR

Bütün xəbərlər
Bu gün, 11:16

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Bütün xəbərlər
Bu gün, 11:08

"Payızın dəyişkən hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir" - DYP

Bütün xəbərlər
Bu gün, 10:40

Azərbaycanda 8 ayda dövlət xəttilə 263 milyon manat ipoteka krediti verilib

Bütün xəbərlər
Bu gün, 10:17

İki şəhid xanımı universitetə qəbul olunub

Bütün xəbərlər
Bu gün, 09:02

Gəncədə uşaqlar üçün pulsuz hazırlıq imkanı

Bütün xəbərlər
Bu gün, 08:43

Gəncədə yıxılan oğlanı dəmir deşdi, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə yaşayış massivi zibilliyə çevrilib - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:02

Gəncədə həbs edilən Kamran Əsədov vəkilini dəyişib

Bütün xəbərlər
Dünən, 16:02

Bu futbol klubunda büdcə artacaq

Bütün xəbərlər
Dünən, 14:49

Bu il neçə qız qaçırılıb?

Bütün xəbərlər
Dünən, 12:49

Sabah Gəncəyə yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:01

Şəhid qızı Azərbaycan çempionu oldu

Bütün xəbərlər
Dünən, 11:15

Ərindən gizli evi bacısının adına keçirən qadın döyüldü

Bütün xəbərlər
Dünən, 10:28

Qayıq hotelin restoranına çırpıldı - Xəsarət alanlar var

Oxşar xəbərlər