Gəncə şəhərində iki məktəbin yaxınlığında yol örtüyünün yararsız vəziyyətdə olması sürücülərin narazılığına səbəb olub.
Gencexeber.az-a daxil olan şikayətə görə, 5 nömrəli tam orta məktəbin yaxınlığındakı Vaqif küçəsində qəza şəraiti yaradan çuxur uzun müddətdir təmir edilmir. Bir müddət əvvəl kommunal xidmətlərin apardığı təmir işləri zamanı yol eninə qazılıb. Lakin asfalt örtüyü bərpa olunmayıb.
Digər problem isə 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin qarşısındadır. Sakinlərin sözlərinə görə, burada illərdir mövcud olan çuxur avtomobillərin hərəkətinə ciddi maneə yaradır. Xüsusilə səhər saatlarında məktəbin qarşısında nəqliyyat sıxlığı müşahidə olunur.
Vətəndaşlar aidiyyəti qurumlardan hər iki ərazidə yol örtüyünün bərpa olunmasını tələb edirlər.