Gəncə idmançısı Ayxan Cəfərli Bakıda keçirilən taekvondo üzrə uşaqlar arasında Respublika birinciliyinin qalibi olub.
Gencexeber.az məlumat verir ki, Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi 36 kq çəki dərəcəsində mübarizə aparıb. Ayxan heç bir raundda məğlub olmayaraq bütün rəqiblərinə qalib gəlib və respublika çempionu adını qazanıb.
Qeyd edək ki, Ayxan Cəfərli Gəncə şəhər Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin 6a sinfində təhsil alır.