Gəncə şəhər Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Salman Sadıxzadə Rusiyada keçirilən "Yüksək Texnologiyalar" çempionatında birinci yerə layiq görülüb.
Gencexeber.az məlumat verir ki, "Peşəkarlar" layihəsi çərçivəsində təşkil olunan və 30 ölkənin iştirak etdiyi beynəlxalq yarışda gəncəli məktəbli böyük uğura imza atıb.
Salman Sadıxzadə "Avtonom nəqliyyat sistemləri üçün dizayn əsaslı informasiya təhlükəsizliyi" istiqaməti üzrə ən yüksək nəticəni göstərərək qızıl medal qazanıb.