Azərbaycan Texnologiya Universitetində (ATU) Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi ağacəkmə aksiyası ilə əbədiləşdirilib.
Gencexeber.az məlumat verir ki, ATU-da 27 Sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib.
Universitet rəhbərliyinin iştirakı ilə keçirilən aksiya zamanı ATU-nun həyətyanı ərazisində 44 həmişəyaşıl ağac əkilib, aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, ATU kampusu öz əsrarəngiz yaşıllığı ilə diqqət çəkir. Həyətyanı ərazidə çoxillik, həmişəyaşıl və müxtəlif növ ağaclar var ki, onlar ilin bütün fəsillərində kampusun fərqli görünüşünü tamamlayır. Bu ağacların arasında ATU-nun şəhid məzun və tələbələrinin adlarını daşıyan ağaclar da var. Onların fidanları vaxtilə şəhid ailələrinin iştirakı ilə əkilib və bu gün kampusun yaşıllıqları arasında qorunur.