Gəncə məktəbliləri taekvondo üzrə keçirilən ölkə birinciliyində uğurlu nəticələr əldə ediblər.
Gencexeber.az məlumat verir ki, Aylin Babazadə 40 kq çəki dərəcəsində bütün rəqiblərini geridə qoyaraq ölkə birincisi olub və qızıl medal qazanıb.
Seyhun Babazadə isə 36 kq çəki dərəcəsində ikinci yeri tutaraq gümüş medala layiq görülüb.
Hər iki idmançı Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə təhsil alır. Onların şəxsi məşqçisi Vüqar Məmmədovdur.