Gəncəli hakim İtaliyanın Jesolo şəhərində keçirilən kikboksinq üzrə Dünya çempionatının ən yaxşı ədalət təmsilçisi seçilib.
Gencexeber.az-ın məlumatına görə, mötəbər yarışda Azərbaycan Kikboksinq Federasiyasının (AKF) Qərb Regionunun sədri, WAKO-nun beynəlxalq "A" kateqoriyalı hakimi, gəncəli Anar Məmmədov böyük uğura imza atıb.
Yarışın gedişində peşəkarlığı və hakimlik fəaliyyəti ilə fərqlənən Anar Məmmədov Dünya çempionatının ən yaxşı hakimi seçilərək "Best Referee" nominasiyasının qalibi olub.