top
Gəncəli şəhidin atası: “Terrorçu barədə çıxarılan edam qərarı icra olunmalıdır” - VİDEO
22 yanvar 2025, 22:00
- +

Gəncəli şəhidin atası: “Terrorçu barədə çıxarılan edam qərarı icra olunmalıdır” - VİDEO

 

Xəbər veridiyimiz kimi, İran Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə iki il öncə terror hücumu həyata keçirən Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləyib.

Gencexeber.az-a xain hücum zamanı həyatını itirən Orxan Əsgərovun atası Rizvan Əsgərov verilən qərara münasibət bildirib. O, açıqlamasında deyib ki, hadisədən iki il keçməsinə baxmayaraq İranda çıxarılan ölüm hökmü hələ də icra olunmur.

“Terror hadisəsindən iki il keçməsinə baxmayaraq İran İslam Respublikasında terrorçunun layiqli cəza almasına əngəllər törədilir. Bununla əlaqədar Bakıda dəfələrlə İranın müvafiq hüquq-mühafizə orqanlarının rəhbəri ilə görüşüm olub. Həmin görüşlərdə bildirildi ki, islam dininin qanunlarına uyğun həmin şəxsi kompensasiya qarşılığında bağışlaya da bilərik, edam da edə bilərik. Mənim qərarım isə həmin şəxsin edam olunması oldu, bununla bağlı müxtəlif sənədlər hazırladıb, İrana yollamışıq. Ancaq iki il keçməsinə baxmayaraq qərar icra olunmadı. Dövlət rəhbərinin və digər müvafiq qurumların bu məsələyə ciddi yanaşması nəticəsində axır ki, İranın Ali Məhkəməsi bu qərarı təsdiq etdi. Bununla bağlı yenidən İrana müəyyən sənədlər yolluyacağıq, yəqin ki, yaxın vaxtda edam hökmü icra olunacaq”, – Rizvan Əsgərov bildirib.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov isə hücumun qarşısını alarkən yaralanıblar.

Qeyd edək ki, Orxan Rizvan oğlu Əsgərov 1982-ci ilin 5 noyabr tarixində Gəncədə dünyaya gəlib. Baş leytenant O.Əsgərov Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışıb.

Hadisənin baş verdiyi gün şəhid elan edilən Orxan Əsgərov 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:31

Qərb bölgəsi bu məhsulların istehsalında liderdir

Bütün xəbərlər
Bu gün, 15:34

"Manqal Kabab"da tanışını bıçaqladı – 4 il 3 ay həbs

Bütün xəbərlər
Bu gün, 14:36

Sabah Gəncədə 37 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 14:05

Gəncədə taekvondo üzrə şəhər birinciliyi keçirilib

Bütün xəbərlər
Bu gün, 13:28

Gəncədə loqoped axtarılır

Bütün xəbərlər
Bu gün, 12:28

Gəncədə daşan kanal problemi sakinləri təngə gətirib

Bütün xəbərlər
Bu gün, 11:34

Gəncədə təxminən hər 10 nəfərdən biri pensiya alır

Bütün xəbərlər
Bu gün, 11:03

Şəmkirdə "Mercedes" yandı

Bütün xəbərlər
Dünən, 15:02

Gəlin qayınananın evini yandırıb... – Bacısı ilə birlikdə

Bütün xəbərlər
Dünən, 09:00

"Toppuş bacı"nın qardaşı vəfat edib

Bütün xəbərlər
04 iyul 2026, 13:58

Gəncədə Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib

Bütün xəbərlər
04 iyul 2026, 12:00

Monqolustanın quzu ətləri keyfiyyətsiz deyil - EKSPERT

Bütün xəbərlər
04 iyul 2026, 10:24

"İmperialın dördyolu"nda təmizlik işləri aparıldı

Bütün xəbərlər
04 iyul 2026, 09:12

Gəncədə uşaq meydançaları: Quruyan xalçalar, paslı yelləncəklər…

Bütün xəbərlər
03 iyul 2026, 21:02

Məktəbli Əlinin vacib hekayəsi - VİDEO

Bütün xəbərlər
03 iyul 2026, 16:50

Gəncədə bir aydır küçədə qalan UNİTAZ narazılıq yaradır

Bütün xəbərlər
03 iyul 2026, 15:03

Gəncədə yeni avtobuslardakı kondisioner problemi həll olundu

Bütün xəbərlər
03 iyul 2026, 09:05

Gəncədə zibil problemi: Sakinlər qoxudan pəncərə aça bilmir

Bütün xəbərlər
02 iyul 2026, 17:59

Gəncədə "İpək Yolu" Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib

Bütün xəbərlər
02 iyul 2026, 17:34

Gəncədə bu məktəbə direktor təyin olunub

Bütün xəbərlər
02 iyul 2026, 16:12

Ən çox saxtalaşdırılan məhsullar AÇIQLANDI – "Kənd toyuğu" da var

Bütün xəbərlər
02 iyul 2026, 15:38

Gəncə Regional Kollecində YENƏ GƏRGİNLİK

Bütün xəbərlər
02 iyul 2026, 15:04

Bağçalara uşaqların elektron qəbulu başlanılır

Bütün xəbərlər
02 iyul 2026, 14:02

Gəncədə 36 dərəcə isti olacaq - PROQNOZ

Oxşar xəbərlər