Gəncədə saxlanılan şəxsdən narkotik vasitələr aşkar edilib. Bu haqda Apa.az-a istinadən məlumat veririk.
Polis əməkdaşları şəhər ərazisində əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə şəhər sakini İ.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 430 qram marixuana və heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma davam etdirilir.